Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan U-21 millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov ölkəmizdəki futbol infrastrukturundan danışıb.
QOL.az xəbər verir ki, o, qonağı olduğu İTV-nin “Off TOP” podkastında deyib ki, ən böyük problemimiz meydançaların olmamasıdır:
“Biz futboldan danışırıq, amma meydança yoxdur. Yəni yox səviyyəsindədir. Bizdə məşq meydançaları yoxdur. Yaxınlarda Belarusda idik. Orada bazada 12 meydança var idi. Onların da çoxu təbiidir. Səhər məşqimiz idi, bütün meydançalarda məşqlər gedirdi. Heç kim də bir birini gözləmirdi ki, bu məşqi qurtarsın, mən başlayım. Qızlar, aşağı yaş qrupların və 1-ci liqanın oyunçuları var idi həmin stadionlarda. Bizdə o şərait yoxdur. Hamı bir meydançada qalıb. Saatlarla bölürlər, hələ məktəb vaxtları var. Məktəb vaxtı da günorta saat 4-5-dən sonra bitir. Bundan da sonra məşq vaxtı üçün 4-5 saat vaxt qalır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.