AZ

"Real" futbolçusuna 1 milyard avro qiymət qoydu

İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Raul Asensionun sözləşməsinin müddətini uzadıb. Bu barədə insayder Fabritsio Romano məllumat yayıb.

"Real" ispan futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Kral klubu" 22 yaşlı mərkəz müdafiəçisinin sərbəstqalma məbləğini 1 milyard avro təyin edib.

Qeyd edək ki, "Real" Raul Asensionu 2017-ci ilin yayında "Las Palmas"ın akademiyasından transfer edib. İspaniya millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
31
sportal.az

1Mənbələr