İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar təkcə bu ölkənin nüvə proqramını dayandırmaq məqsədi daşımır. Reuters agentliyinin yazdığına görə, hücumların miqyası, hədəf seçimi və İsrail siyasətçilərinin ritorikası daha iddialı bir məqsədi – İran rejimini zəiflətmək və hətta devirmək niyyətini ortaya qoyur.
KONKRET.az xəbər verir ki, agentliyin məlumatına əsasən, İranın hərbi qüvvələrinə və nüvə sahəsində çalışan alimlərinə qarşı təşkil olunan zərbələr daxildə hakimiyyətin nüfuzunu sarsıda və ölkənin regiondakı təsirini zəiflədə bilər.
Ekspertlər hesab edirlər ki, bu addımlar İran rejimini sarsıda bilər. Lakin onlar eyni zamanda xəbərdarlıq edirlər ki, rejimin dəyişməsi nəticəsində daha radikal bir hökumət formalaşa bilər.
Natiq Səlim,
KONKRET.az