Azərbaycan tennis yığması "Davis Cup" turnirində böyük uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, 100-dən çox ölkənin qoşulduğu yarış bu dəfə Albaniyanın paytaxtı Tiranada təşkil olunub.

Milli komandamız turnirdə keçirdiyi 3 görüşün hamısında qələbə qazanıb.

Baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət kollektiv Andorra və San-Marinonu məğlub edərək pley-offa vəsiqə qazanıb. 

Yığmamız pley-offda Lixtenşteyni də üstələyib.

Belə ki, Tamerlan Əzizov rəqibi Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib.

Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qalib gəlib - 0:6; 6:3, 6:2.

Beləliklə, Azərbaycan milli komandası 4-cü qrupdan 3-cü qrupa yüksəlib.