AZ

Cəbhə genişlənir, təhlükə YAXINLAŞIR: AZƏRBAYCAN SƏSSİZ HƏDƏFƏ ÇEVRİLƏ BİLƏR

Hazırda İran ilə İsrail arasında münaqişə durmadan artır. İki ölkənin raket hücumları ərazidəki obyektlərə, vətəndaşların həyatına ciddi təhlükələr yaradıb. İran ərazisinə endirilən zərbələr nəticəsində onlarla dinc sakin ölüb, evlər məhv edilib. Münaqişə durmadan artmaqda davam edir. 

Millət vəkili Aydın Mirzəzadə Ajans.az-a mövzu ilə bağlı fikirlərini deyib. 

Deputat söyləyib ki, baş verən münaqişələr, İranda nüvə sızıntısının aşkarlanması həm region üçün, həm də dünya dövlətləri üçün arzulonmaz hadisə hesab edilir. 

Bu gün İsrail ilə İran arasında faktiki müharibə gedir. Tərəflər bir-birinin ən zəif nöqtələrini vurmağa çalışırlar. Lakin İsrail bütün həmlələrə öncədən hazırlaşmış və İranın nüvə istehsal edən ərazilərini sıradan çıxarmışdır. 

Aydın Mirzəzadə bildirib ki, bu məsələ ciddi təhlükələr doğurur. Dünya dövlətləri və region ölkələr təhlükəsizliyi təmin etməlidirlər. Azərbaycan İran-İsrail müharibəsində heç bir tərəf tutmur. Sadəcə bu məsələdə  hər iki tərəf üçün ciddi narahat olduğunu bildirir. 

Onun fikirlərinə əsasən, Azərbaycan özü üçün yarana biləcək bütün təhlükələrə lazımi tədbirlər görür. Amma bu Azərbaycanla kifayət edə bilməz. Gərək bütün dünya burada həmrəy olmalıdır.

Seçilən
4
2
paytaxt.org

3Mənbələr