AZ

“İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün “10 sual - 10 cavab” adlı maarifləndirici vəsait hazırlanıb.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vəsaitdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması, hərbi qulluqçuların vəzifələri, habelə Ombudsmanın insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə sual-cavab formatında faydalı məlumatlar yer alıb.

 

Seçilən
12
2
azertag.az

3Mənbələr