İran hakimiyyəti Yəzd şəhərinin mərkəzində gizli obyektlərin fotolarını çəkməkdə və İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən 5 nəfəri həbs edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İran mətbuatında məlumat yayılıb.
Həbs olunanların kimliyi və iddia edilən əməkdaşlığın mahiyyəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.