AZ

Emmanuel Makron hakimiyyətdən getmək istəmir..?

...Fransa prezidenti Emmanuel Makron postunu itirmək istəmədiyi üçün Ukraynanı dəstəkləyir.

SİA xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində məlumat verib.

O, respublika rəhbərinin Parisin İsrailə dəstək verəcəyi və artıq Kiyevə fəal şəkildə kömək etdiyi barədə sözlərini xatırladıb. "Makron həqiqətən bizi total müharibəyə sürükləmək istəyir: o, yalnız 2027-ci il haqqında düşünür!"Siyasətçi bunu prezident seçkilərinə toxunaraq qeyd edib.

Filippotun sözlərinə görə, müharibə mühiti Fransa Konstitusiyasının seçkilərin təxirə salınmasına və hazırkı prezidentin səlahiyyətlərinin uzadılmasına imkan verən 16-cı maddəsinə istinad etmək üçün çox əlverişlidir.

Spiker Makronun Ukraynanı dəstəkləməsinin səbəbi kimi ölkəni mümkün qədər uzun müddət idarə etmək istəyini göstərib.

Əli Babayev

Seçilən
13
1
sia.az

2Mənbələr