AZ

Novella Cəfəroğlu İsraildə yaşayan övladlarının durumundan danışdı

"Mənim İsraildə 3 oğlum var, onlar müxtəlif şəhərlərdə yaşayırlar".
 
Bu barədə Teleqraf-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
 
N. Cəfəroğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin həm İsraillə, həm də İranla münasibətləri normaldır:
 
“Baxmayaraq ki, İran bizə yox ermənilərə dəstək verib. Uzaqgörən Prezidentimiz yenə də münasibətləri çox gözəl saxlayıb. Bizim orada 20-30 milyon soydaşımız var. Buna görə də bu gün ancaq Prezident İlham Əliyev bu müharibədə onları bir araya gətirib, barışıq edə bilər. Danışıqlar aparılmalı və sülh olmalıdır. Mən sülhün olmasını istərdim”.
 
O həmçinin əlavə edib ki, İsraildə bütün mənzillər müharibəyə qarşı dözümlü tikilir: “Bina evlərində sığınacaqlar zirzəmidə yerləşir, ancaq kənd evlərində isə evin içində xüsusi bölmələr ayrılıb. Bu bölmələr hər cür hücum zamanı təhlükəsizliyə təminat verir. Mənim İsraildə 3 oğlum var, onlar müxtəlif şəhərlərdə yaşayırlar. Həm Təl-Əvivdə, həm Beer-Şevada yaşayanı var. Onlarla gündə 4 dəfə əlaqə saxlayıram. Dövlət onları hər şeylə təmin edir. İsrail bu məsələlərə tam hazırlıqlıdır. Hazırkı vəziyyət ilə əlaqədar yəqin ki, iş yerləri və məktəblər bir müddətlik tətil elan olunacaq”.
 
Novella Cəfəroğlu övladlarının İsraili tərk etmək istəmədiyini bildirib: "Onlarda vətən sevgisi o qədər çoxdur ki, geri qayıtmaq istəmirlər. Hazırda aereportlar işləmir, ancaq işləsə də gəlməzlər. İsraili belə bir gündə tərk etməzlər. Necə ki, Azərbaycanı sevirlər, eləcə də İsraili sevirlər. Oğlanlarım İsrail vətəndaşı olsalar da pasportlarına "türk" yazılıb, çünki ataları yəhudi olsalar da, mən yəhudi deyiləm, türkəm. Bildiyiniz kimi orda ana xətti əsas götürülür. 44 günlük müharibə günlərində də hər gün mənə zəng vurub vəziyyətlə maraqlanırdılar, bura ilə yaşayırdılar. Həm qız, həm də oğlan nəvələrim hərbi xidmətdə olublar. Oğlum Fərid sonuncu HƏMAS-İsrail müharibəsində onlarla yaralını döyüş zonasından çıxartdığına görə Prezidentdən, İsxaq Hersoqdan xüsusi medal almışdı".
 
 
Seçilən
26
moderator.az

1Mənbələr