AZ

Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi

Tehranda

Tehran gecə saatlarında sanki müharibə səhnəsinə çevrildi. "Clash Report" teleqram kanalının yaydığı məlumata görə, İranın dini lideri Ayətullah Əli Xameneinin paytaxt yaxınlığındakı iqamətgahına raket zərbəsi endirilib. Zərbə anında şəhərin hava hücumundan müdafiə sistemləri işə düşüb, göydə güclü işıq dalğaları və yaylım atəşləri müşahidə olunub.Zərbədən sonra mərkəzi Tehranda dron aşkarlama sistemləri fəallaşdırılıb və bu, cavab atəşi ilə müşayiət olunub. Polis əhalini təşvişə düşməməyə çağıraraq kütləvi yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.Yanğınsöndürmə və təcili yardım xidmətləri zərər dəymiş ərazilərə göndərilib. Zərbənin nəticələri araşdırılır, mülki infrastruktura dəymiş ziyan qiymətləndirilir.Bu hücum, İsrailin İrana qarşı davam edən hava əməliyyatlarının bir hissəsi kimi qiymətləndirilir. Şəhərdə gərginlik və narahatlıq artır, insanlar yeni hücumlardan ehtiyat edir.Rəsmi dairələrdən hələlik bu hadisəyə dair açıqlama verilməyib, lakin Tehran hazır vəziyyətdədir.Ulusum.az

Diqqət Çəkənlər

Ərdoğandan sərt ittiham: Netanyahunun administrasiyası bölgəni fəlakətə sürükləyir

Trampın İsrailin İrana zərbəsindən xəbəri vardı

Tramp: “Bu, nə qrip idi, nə də COVID – İsrailin hücumu idi

Seçilən
18
24
ulusum.az

10Mənbələr