AZ

Bekhem “cəngavər” titulu ilə təltif olunub

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin Futbol üzrə Milli Komandasının sabiq futbolçusu Devid Bekhem cəngavər tituluna layiq görülüb.

Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Bekhəm bu ada futbol karyerasındakı nailiyyətlərinə və xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

O, karyerasının böyük hissəsini “Mançester Yunayted” klubunda keçirib. Bekhem bu komandanın heyətində altı dəfə İngiltərə Premyer Liqasının (APL) və iki dəfə ölkə kubokunun qalibi olub. 1999-cu ildə MY Çempionlar Liqasının qalibi adını qazanıb.

2003-cü ildə Bekhem Madridin “Real” klubuna keçib və orada da çempionluq əldə etməyə nail olub. İspaniyada dörd il keçirdikdən sonra yarımmüdafiəçi ABŞ-yə yollanaraq MLS-də çıxış etməyə başlayıb.

1999-cu ildən keçmiş müğənni və modelyer Viktoriya Behkem evlidir. Cütlüyün 3 oğlu və bir qızı var.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
azpost.info

3Mənbələr