Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yeni sosial mənzillərin inşasına başlanılır.
Viral.az “Trend”ə istinadla xəbər verir ki, bununla bağlı hazırlıqlara ötən il start verilsə də, layihə-smeta sənədləri ilə bağlı yekun tədbirlər görülməmişdi.
Artıq MİDA Saray qəsəbəsində tikiləcək çoxmənzilli yaşayış binalarının tikinti layihəsini və müəllif nəzarətinin aparılması üzrə əlavə işləri görəcək şirkəti müəyyənləşdirib.
Son Yazılar:
- MİDA bu qəsəbədə çoxmənzilli yaşayış binaları tikəcək
- Bayramov Fidanla İsrail-İran toqquşmasını müzakirə etdi
- Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim
Belə ki, MİDA sözügedən işlərin icrasını “Arch-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 125 316 manat ödənilib və tikinti layihəsinin bu ilin avqustun 12-də tamamlanması razılaşdırılıb.