AZ

Dubayda 67 mərtəbəli binada güclü yanğın olub

BAKI, TurkicWorld

Dubayda 67 mərtəbəli göydələndə baş verən yanğında minlərlə insan təxliyə edilib.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən “Tiger Tower” kimi tanınan 67 mərtəbəli yaşayış binasında gecə saatlarında güclü yanğın baş verib.

Hadisə zamanı 764 mənzildə yaşayan 3820 nəfər xəsarət almadan təxliyə olunub.

Yanğın cümə günü yerli vaxtla saat 21:30 radələrində Dubayın Marina rayonunda yerləşən binanın yuxarı mərtəbələrində başlayıb. Alovlar binanın fasadı boyunca sürətlə yayılıb və geniş ərazidən görünən tüstü yerli sakinlər arasında panikaya səbəb olub.

Dubay Media Ofisinin məlumatına görə, Mülki Müdafiə qüvvələri hadisəyə dərhal müdaxilə edib və təxliyyə prosesi uğurla həyata keçirilib. Açıqlamada bildirilib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğının səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Seçilən
18
turkic.world

1Mənbələr