Bakıda azyaşlı binadan yıxılıb.
Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən yaşayış kompleksində baş verib.
Həmin binada yaşayan 2018-ci il təvəllüdlü azyaşlı binanın 8-ci mərtəbəsindəki mənzilin mətbəxinin pəncərəsindən yıxılıb.
Azyaşlı xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.