AZ

İran İsrail arasında gərginliyin müharibəyə çevrilmə ehtimalı


Bu gün İsrail tərəfindən İranın Həmədan, Təbriz və digər şəhərlərinə hava hücumları edildi, nəticədə yüksək rütbəli dövlət xadimləri və nüvə proqramı üzrə çalışan 6 elmi işçi öldürüldü, bir sıra strateji məntəqələr ziyan gördü.
Hələ aylar öncə ABŞ İran XİN başçıları və nümayəndələri arasında Məşqət və Romada keçirilən ev sahiblərinin vasitəçi olduğu görüşlərdə Tehranın nüvə proqramı ilə bağlı güzəşt və prosesi dondurma barədə ciddi addım atmaması İsrail tərəfindən bu ölkəyə birbaşa hərbi müdaxilə edilməsinə yol açdı. Çünki, nüvə silahı əldə edilərsə İsrail yaxın şərqdə İranın nüfuz dairələrini tam aradan qaldıra bilməyəcək, Tehranla hər hansı müharibə zamanı nüvə silahından zərər görmə təhlükəsi ilə üzləşəcək, birbaşa hərbi müdaxilə etmədən istər istəməz çəkinməli olacaq. Bu isə ABŞ ın da İsrailin də maraqlarına uyğun deyil.

Suriyada 2024 cü il dekabrda hakimiyyət dəyişikliyindən, 2023 25 Həmas İsrail müharibəsi və 2024 cü ildə Livan müharibəsindən sonra İran yaxın şərqdə əsas gücünü itirdi. Yenidən gücünü bərpa etmək üçün isə müəyyən qədər vaxt lazımdır. İsrail isə İran ilə müharibə aparmaqla həm də daxildə olan narazı qüvvələri yenidən ayağa qaldıra , milli etnik hərəkatlar isə aktivləşə bilər.

Azərbaycan Türkləri, Bəluclar və digər etnoslar regionda azadlıq əldə etmə üçün mübarizə aparan əsas qüvvələrdən sayılır.

Güneydə yaşayan on milyonlarla etnik Azərbaycanlı türklərin yenidən ayağa qalxması və milliyyətçi təşkilatlarda daha açıq iştirakı isə ölkədaxilində vəziyyətdən asılıdır. Əgər, İran İsrail münaqişəsi uzanarsa daxili sabitlik böyük ehtimalla dəyişəcək və müharibənin nəticələrindən qaçmaq üçün genişmiqyaslı etirazlar və müstəqillik üçün işlər təşkil edəcək.

İran həm də məhz bunu bildiyi üçün İsraillə münaqişəyə çox yaxın durmur.

ABŞ isə İsrailə müharibə baş verərsə şübhə yoxdur ki, birbaşa kömək edəcək.

Hörmüz körfəzi vasitəsi ilə cənubdan İrana qoşun yeridə və hərbi müdaxiləyə başlaya, digər tərəfdən İraqda yerləşən hərbi bazalardan Qərb sərhədləri vasitəsi ilə ölkəyə daxil olacaq. İsrail ABŞ koalisiyanın Tehrana qarşı bu qədər tez hərbi müdaxiləy başlamasında səbəb həm də Rusiya amilidir.

Yəni, İranın Moskva ilə siyasi və hərbi tərəfdaşlığı, Hind Okeanına çıxış üçün əhəmiyyətli mövqe tutması və qarşılıqlı iqtisadi əməliyyatlar aparması hansı ki, Qərb çoxsaylı sanksiyalar ilə Rusiya bazarları və siyasi nüfuzuna təsir etmək istəyirdi lakin, bu əlaqələr onun çöküşünə imkan vermədi

ABŞ ı Tehranın aradan götürməyə vadar etdi. Pakistan Hindistan arasında toqquşmalarda məqsəd Hindistanı zəiflətmək və bununla da Çin və Rusiyanı əsas tərəfdaşlarından məhrum etmək idisə. İki ölkənin nüvə gücünə malik olması müharibə olarsa nələrin baş verəcəyini aydın göstərdiyi üçün ABŞ dərhal vasitəçi qismində çıxış edərək məsələnin həll olunmasında xüsusi mövqe ortaya qoydu.

Lakin, İran nüvə ölkəsi deyil və nə qədər ki, silahı əldə etməyib onu əslində isə Rusiyanı cənub Qərbi Asiya regionundan qaldırmaq və Ukrayna necə Şərqi Avropanın Rusiyanın əlindən çıxmasında rol oynamışdısa İran da bu rolu oynasın.

Müharibə baş verərsə bu ABŞ üçün də, İsrail üçün də, İran üçün də ciddi mənfi nəticələrə səbəb olacaqdır. Çünki, ABŞ daxilində onsuz da 3 ildir Ukraynaya edilən yardımlardan narazı qalan qüvvələr indi ikinci yardım göndəriləsi dairənin olmasından daha da narazı qala və Trampa qarşı impiçment təşkil edə bilər.

İranda isə etnik hərəkatlar başlaya və müstəqillik meyilləri baş qaldıra bilər.

İsa İsmayılov, siyasi şərhçi
Seçilən
8
newscenter.az

1Mənbələr