İsrailin İranın şimal-qərbində yerləşən Zəncan vilayətinə endirdiyi zərbə nəticəsində İran Silahlı Qüvvələrinin elit birləşməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbçisi ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı rəsmi açıqlamada bildirilir.
"14 iyun səhəri sionist rejiminin (yəni İsrailin - red.) qəddar hücumu zamanı Zəncan vilayətinə bağlı "Ənsar əl-Məhdi" korpusunun üç hərbçisi həyatını itirib", - deyə açıqlamada vurğulanır.