Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Yaxın Şərqə 20 min raket göndərmək qərarının ölkəsinə qarşı zərbə olduğunu bildirib.
Publika.az xəbər verir ki, onun sözlərini "UNIAN" "Telegram" kanalı yayıb.
Zelenski qeyd edib ki, Ukrayna İsrailə göndərilən sursata ümid edirdi.
"ABŞ onlara 20 min raket verib, buna biz ümid edirdik. Bu, bizə zərbə oldu", - deyə Zelenski bildirib.