2024/2025 mövsümü üzrə AFFA U-13 Liqasında final və bürünc medal uğrunda oyunlar baş tutub.
Offsideplus.az xəbər verir ki, Bayıl stadionunda bürünc mükafat uğrunda matçda "Ulduz" “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb.
Həlledici matçda isə “Sabah” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Rəqibini 4:3 hesabı ilə məğlub edən “bayquşlar” çempion olub. “Neftçi” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Ulduz” bürünc, “Neftçi” gümüş medalla, “Sabah” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Göztəpə Bakı”dan Fateh Əliyev, U-9 Liqasında “Flaqman”dan Yusif Mustafalı, U-13 Liqasında isə “Neftçi”dən Əkbər Nağıyev feyr-pley mükafatçısı seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.