Dilarə Kazımova maraqlı açıqlamlar verib.
Milli.Az xəbər verir ki, döymələrindən danışan Avroviziya təmsilçimiz onların özü üçün mənalarını sadalayıb.
"13döyəm var. Hələ ikisi də olacaq. Birincisi bu, olmuşdu - on-off. Yəni, mən öz beynimi yandırıb və söndürə bilərəm. Məsələn, peşmanlıq, lazımsız fikirlər, mən onları söndürürəm. Mənə baxdıqda heç bir döymə görmürsünüz. Döymələrim görünən yerdə deyil. Elə yerlərə etdirmişəm ki, mənə problem yaratmasın. Bütün döymələr məna daşımalıdır. Elə-belə edənləri başa düşmürəm.
Həyatımda hansısa çətin məqamları keçəndə, onu özümdə daşımaq istəyirəm ki, yadımda qalsın. İnsan çox tez unudur. Başımız daşa dəysə də, yenə ora gedə bilərik, çünki yaddan çıxır. Mən balansdan çıxan insanam. Bu barədə də bədənimdə iz qoydurmuşam".
Musa
Milli.Az