AZ

Rusiya ilə Ukrayna növbəti əsir mübadiləsi oldu

Bu gün, İstanbulda əldə edilmiş razılaşma əsasında daha bir qrup rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin əsirləri təhvil verilib.

Axar.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi verib.

Qeyd olunub ki, Rusiya hərbçiləri hazırda Belarusdadır və onlara tibbi və psixoloji yardım göstərilir. Onlar müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.

Seçilən
37
3
axar.az

4Mənbələr