AZ

Müharibə veteranlarının iştirakı ilə “İnsan hüquqları və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSIM) müharibə veteranlarının iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir təşkil olunub.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi ilə əməkdaşlıqla keçirilən tədbirdə hüquq mədəniyyəti və hüquqi məsuliyyət, təhlükəsiz ətraf mühit və cəmiyyət, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin təhlükəli fəsadları barədə  ətraflı məlumat verilib.
Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin olunması  uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik  sükutla yad ediblər. İSİM-in direktor müavini Əliheydər Şahmarov, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxış ediblər. Veteranların hər birinin vətənpərvərliyinin, Vətənimizin müdafiəsində göstərdikləri şücaətin gənc nəsil üçün örnək  olduğu vurğulanıb, əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
İSİM-in baş hüquq məsləhətçisi Rüstəm Məmmədov  insan hüquqları sahəsində mövcud çağırışlar, ölkəmizdə hər bir vətəndaşın sahib olduğu hüquqlar, milli səviyyədə həyata keçirilmiş fəaliyyətlər barədə ətraflı məlumat verib.
Seçilən
12
4
busaat.az

5Mənbələr