Yaxın Şərqdə artan siyasi gərginlik qlobal neft bazarına təsirsiz ötüşmür. Bu vəziyyət Türkiyədə dizel yanacağının qiymətində yeni artıma səbəb olub.
News24.az CNBC-e isdinadla bildirir ki, dizelin qiymətinə 1,70 TL artım gözlənilir. Daha əvvəl bu artım 1,49 TL olaraq proqnozlaşdırılmışdı.
Qiymətlər necə müəyyən edilir?
2005-ci ildən tətbiq olunan Azad Qiymət Sisteminə görə, yanacaq şirkətləri depo satış qiymətlərini sərbəst şəkildə müəyyən edə bilirlər.
Dilerlər isə bölgə üzrə rəqabət şərtlərinə əsaslanaraq satış qiymətlərini formalaşdırırlar.
Səma Orucova