Bu gün Bakının 550 küçəsi yuyulub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, bu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yay mövsümü ilə əlaqədar paytaxtda növbəti dəfə aparılan təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyulması təmin edilib. Eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.
Telegram kanalımız