Aparıcı Aytəkin Mərdanovanın oğlu Fərid məzun olub.
Aparıcı övladının məktəbdən fotolarını sosial şəbəkədə paylaşıb.
Aytəkin paylaşımına "Bu gün əziz oğlum, Fəridim 11-ci sinfi bitirdi. Mənim ağıllı oğlum, səni təbrik edirəm. Yeni bir həyata qədəm qoyursan. Allahdan istəyimiz budur ki, yeni həyatının da bütün anlarında sənin yanında olmağı, sənə dəstək durmağı Allah bizə nəsib etsin. İnşallah, ali məktəbə qəbul olub bizi sevindirərsən" sözlərini yazıb.
Qeyd edək ki, Aytəkinin bir qız övladı da var. (Axşam.az)