Qafqazdakı yeni status-kvo legitimliyə, qanuniliyə və beynəlxalq hüquqa əsaslanır.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb.
O qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda sülh və sabitlik var:
“Azərbaycan hazırkı sülh və sabitliyi təmin etmək üçün çox iş görüb. Münaqişə və müharibə artıq bitib. Biz sülh gündəliyi üzərində işləyirik. Vacib olan odur ki, Qafqazda yeni status-kvo yaranıb. Bu, legitimlik, qanunilik və beynəlxalq hüquqa əsaslanır. Əvvəlki status-kvo isə təəssüf ki, işğal faktına əsaslanırdı”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan artıq regional ölkələr vasitəsilə daha geniş coğrafiya ilə əlaqələr qurub: