AZ

“Qarabağ”la bağlı transfer iddiası Dieqo Kampos…

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kosta-Rika milli komandasının futbolçusu Dieqo Kampos (Diego Campos) karyerasını Azərbaycanda davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.

Yerli mənbələr Azərbaycan çempionu “Qarabağ”ın adıçəkilən futbolçuya maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.

Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense” klubuna təklif də irəli sürüb. Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.

Qeyd edək ki, Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.

Dieqo Kampos milli komandasında 3 oyun keçirib və 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
qol.az

7Mənbələr