"Zirə" futbolçusu Hacıağa Hacılı ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, o, 2 illik anlaşmaya imza atıb.
27 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Zirə”nin formasını geyinir.
"Qartallar" daha öncə Pyer Zebli, Məqsəd İsayev və "Qarabağ"dan icarəyə götürdükləri Rüstəm Əhmədzadə ilə yolları ayırıblar. Qəsəbə təmsilçisi "Neftçi"dən ayrılan Yeqor Boqomolskini, "Şamaxı" ilə vidalaşan Brahim Konateni, "Qarabağ"la əməkdaşlığa son qoyan İsmayıl İbrahimlini rənglərinə bağlayıb.
Klub həmçinin Ruan Renato və Anar Nəzirovla yeni müqavilə bağlayıb.