AZ

Köçəryan Paşinyanı məhkəməyə verdi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Modern.az bu barədə “Sputnik-Ermənistan”a istinadən xəbər.

Köçəryan tələb edir ki, N.Paşinyan 2025-ci il iyunun 5-dən sosial şəbəkədəki paylaşımında onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının verildiyi barədə məlumatı təkzib etsin.

O, həmçinin qeyri-maddi ziyana görə Paşinyanın 6 milyon dram (15 min ABŞ dolları) ödəməsini tələb edir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Köçəryanı rüşvətxor adlandırıb: "Robert Köçəryanın rüşvətxor olduğunu rəsmən bildirməmişik və bu, məhkəmə qərarı ilə qeyd olunub. Çünki o, iddia müddətinin başa çatması ilə əlaqədar məhkəmədən onun rüşvətxorluğu ilə bağlı işin bağlanmasını xahiş edib. Bu isə o zaman baş verir ki, insan faktiki olaraq korrupsioner olduğunu etiraf edir".

Seçilən
12
modern.az

1Mənbələr