İmişli sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib. 1news.az-ın APA-ya istinadən məlumatına görə, İmişli şəhər sakini, 1978-ci il təvəllüdlü Qəhrəmanov Səxavət Mikayıl oğlu ov tüfəngi ilə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini, 33 yaşlı Elşən Hüseynov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.