AZ

Mansur Ark və Çelikdən unudulmaz gecə FOTO

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Türk musiqisinin sevilən sənətçiləri Mansur Ark və Çelik, Hayal Kahvesinin səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Musiqisevərlərin böyük maraqla izlədiyi tədbir unudulmaz musiqi bayramına çevrilib.

Gecəyə Mansur Arkın enerjili performansı ilə start verilib. Onun ritmik mahnıları zalda əsl rəqs abu-havası yaradıb. Sənətçi sevilən hitlərini canlı ifa edərək tamaşaçılara əsl şou bəxş edib.

Ardınca səhnəyə çıxan Çelik isə duyğulu və nostalji dolu repertuarı ilə konsertə xüsusi rəng qatıb. Səhnədə etdiyi çıxışda o, Azərbaycana olan sevgisini dilə gətirib, bir müddət Bakıda yaşadığını və hər səfərində özünü burda xoşbəxt hiss etdiyini bildirib.

İki məşhur sənətçinin eyni səhnəni paylaşdığı bu axşam Hayal Kahvesinin fərq yaradan layihələrindən biri kimi tarixə düşüb. Təşkilatçılıq baxımından yüksək səviyyədə keçən tədbir səhnə quruluşu, səs keyfiyyəti və ümumi atmosferi ilə də tamaşaçıların tam razılığını qazanıb.

Gecənin sonunda Mansur Ark və Çelik tamaşaçıların uzun sürən alqışları ilə səhnədən ayrılıb, gələcəkdə yenidən birgə layihələr həyata keçirəcəklərini istisna etməyiblər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
dogru.az

1Mənbələr