İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda 10 nömrəli və Muğan qəsəbə tam orta ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində iştirak edib.
Demokrat.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.
Tədbirlərdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, müəllim və şagirdlər də iştirak ediblər.
Çıxış edən Emin Əmrullayev bu il ölkə üzrə 113 minə yaxın şagirdin məzun olduğunu diqqətə çatdırıb. Onların sırasında “Böyük Qayıdış”la yenidən canlanan işğaldan azad edilmiş torpaqlarımızın məzunlarının da yer aldığını vurğulayıb.
Nazir “Son zəng” ifadəsindəki son anlayışının isə əslində məzunlar üçün yeni başlanğıc olduğunu bir daha xatırladıb və həyatlarının yeni mərhələsində onlara uğurlar arzulayıb.
Çıxışlardan sonra tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, bu il Hacıqabul rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 16 nəfər, Muğan qəsəbə tam orta ümumtəhsil məktəbinin isə 24 nəfər şagirdi məzun olur.
























10Mənbələr
-
news24.azNazir onların “Son zəng”ində iştirak etdi - Fotolar ( 18241021)
-
redaktor.azEmin Əmrullayev “Son zəng”də iştirak etdi - FOTO ( 18243856)
-
demokrat.azNazir onların “Son zəng”ində iştirak etdi — FOTOLAR ( 18242644)
-
referans.azNazir onların “Son zəng”ində iştirak etdi - FOTOLAR ( 18242122)
-
musavat.comNazir onların “Son zəng”ində iştirak etdi - FOTOLAR ( 18241720)
-
cebheinfo.azNazir Hacıqabulda “Son zəng” tədbirində iştirak edib ( 18241426)
-
qafqazinfo.azNazir onların “Son zəng”ində iştirak etdi Fotolar ( 18240970)
-
qafqazinfo.azNazir onların “Son zəng”ində iştirak etdi - Fotolar ( 18240934)
-
apa.azEmin Əmrullayev Hacıqabulda “Son zəng” tədbirində iştirak edib YENİLƏNİB ( 18239485)
-
apa.azEmin Əmrullayev Hacıqabulda “Son zəng” tədbirində iştirak edib - YENİLƏNİB ( 18239017)