ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Kürdəmirdə rayonunda iki yol qəzası olub, yaralılar var.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, birinci hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.
"Niva" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü Sevinc Ceyhun qızı Abışova və onun qardaşı, 2001-ci il təvəllüdlü Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar.
İkinci hadisə isə Bakı-Qazax əsas magistral yolunun rayonun Şığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Şığırlı kənd sakini, 1985-ci il təvəllüdlü Nicat Rafiq oğlu Bəşirovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarındakı dəmir dirəyə çırpılıb. Sürücü Nicat Bəşirov xəsarət alıb.
Hər iki qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
Kürdəmirdə ağır yol qəzası olub, yaralılar var.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.
İki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslər rayon xəstəxanasına yerləşdirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.