İmişli rayonunun Şəmmədli kəndi ərazisində qətl hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Səxavət Qəhrəmanov ov tüfəngi ilə öldürülüb.
Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı Elşən Hüseynov saxlanılaraq, ondan ov tüfəngi götürülüb.
Hadisənin səbəbləri araşdırılır.