News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-da aparılan genişmiqyaslı araşdırma göstərib ki, gündəlik D vitamini əlavəsi qəbul edən insanlarda hüceyrə səviyyəsində qocalma daha yavaş gedir.
News24.az xəbər verir ki, tədqiqatın nəticələri "The American Journal of Clinical Nutrition" elmi jurnalında dərc olunub.
Elm adamları 4 il ərzində 1054 nəfəri izləyərək, onların ağ qan hüceyrələrində yerləşən və bioloji yaşın göstəricisi sayılan telomer uzunluğunu ölçüblər.
Qeyd edək ki, telomerlər hüceyrənin hər bölünməsində bir qədər qısalır və bu, qocalma prosesinin əsas göstəricilərindən biridir.
Tədqiqatda iştirak edənlərə hər gün 2000 IU D vitamini və 1 qram Omeqa-3 yağ turşusu verilib. Nəticələrə əsasən, yalnız D vitamini qəbul edən şəxslərdə telomer qısalması daha zəif müşahidə olunub, bu da bioloji qocalmanın orta hesabla 3 il ləngidiyi deməkdir. Alimlər Omeqa-3 əlavəsinin isə telomer uzunluğuna heç bir təsir göstərmədiyini qeyd ediblər.
D vitamini çatışmazlığı isə xüsusilə günəş işığı az olan bölgələrdə yaşayan insanlar üçün daha ciddi risk sayılır.
Səma Orucova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.