AZ

Azərbaycan XİN başçısı: İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət narahatlıq doğurur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı bu ölkənin nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) paylaşıb.

Bildirilib ki, Azərbaycan XİN başçısı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

Poliqon.info 

Seçilən
21
13
poliqon.info

10Mənbələr