İsrailin İrana etdiyi hücumlar nəticəsində daha 3 nüvə aliminin həyatını itirdiyi bildirilib. Hücumlarda həyatını itirən alimlərin sayı 9-a yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyasının verdiyi xəbərə görə, İsrailin İrana qarşı hücumlarında Əli Bəkayi Kərimi, Mənsur Əsgəri və Səid Borci adlı 3 alim daha həyatını itirib.
İsrailin dünən İranın müxtəlif şəhərlərinə təşkil etdiyi hücumlarda isə Əbdülhəmid Mənuçehri, Əhməd Rza Zülfiqari, Əmir Hüseyn Fıqhi, Əkbər Motlabizadə, Məhəmməd Mehdi Tehrançi və Fəridun Abbasi adlı nüvə alimləri həlak olmuşdu.
Beləliklə, hücumlarda həyatını itirən nüvə alimlərinin sayı 9-a çatıb.
Məryəm Quliyeva