AZ

"Traktor" Türkiyə və Azərbaycandan yardım istədi - "Təbriz qorunmalıdı"

"Traktor" klubu rəsmi sosial şəbəkə hesabında Türkiyə və Azərbaycana müraciət edib.

"Football-plus.az" xəbər verir ki, Təbriz təmsilçisi şəhərin İran - İsrail müharibəsinin fəsadlarından qorunması üçün çağırış mətni paylaşıb:
"Sionist İsrail rejiminin Təbrizdə bir çox hərbi bazalara həyata keçirdiyi genişmiqyaslı hücumlar, döyüş təyyarəsi bazasındakı ağır silahların məhv edilməsi və Şəhid Teceley və Şəhid Kərimi kimi mərkəzlərə hücumlarla yüngül silahların məhv edilməsi bəzi kürd silahlı qruplarının yaxın həftələrdə bölgəyə daxil olması üçün zəmin hazırlamaq məqsədi daşıyır. Bu qruplar müxtəlif bəyanatlarda da İsrailin hücumlarını dəstəklədiklərini açıq şəkildə bəyan ediblər. Təbrizin müdafiəsiz qalmaması üçün Türkiyə və Quzey Azərbaycan gecikmədən hərəkətə keçməli və Təbrizi qorumalıdı".
Seçilən
44
1
football-plus.az

2Mənbələr