AZ

Kim Çen In İran-İsrail müharibəsində tərəfini seçdi: "Biz onların yanındayıq"

İran-İsrail müharibəsində Şimali Koreya lideri Kim Çen In Yaxın Şərqdəki hadisələrlə bağlı diqqətçəkən açıqlamalar verib.

Ölkə.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In İsrailin İrana hücumlarını “imperialist təxribat” adlandırıb və Şimali Koreyanın İranın yanında olduğunu açıqlayıb. "Müttəfiqimiz İrana qarşı istənilən təhdidlərə qətiyyətlə cavab verəcəyik. Qlobal imperializmin muzdlularına xəbərdarlıq edirik", -Kim Çen In bəyan edib. 

Qeyd edək ki, Şimali Koreyanın bəyanatı beynəlxalq aləmdə geniş əks-səda doğurub.

Mürtəza
Ölkə.az

Seçilən
3
1
olke.az

2Mənbələr