AZ

Hikmət Hacıyev: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər

Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb.

O qeyd edib ki, ABŞ-nin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyi müşahidə edilir:

“Hazırkı ABŞ administrasiyası ilə biz ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Bayden administrasiyası ilə bizim ünsiyyətimiz alınmadı və onlardan hər hansı bir strateji regional mövqe nümayişi görmədik. Lakin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyini görürük”.

Prezidentin köməkçisi vurğulayıb ki, Donald Trampın ilk prezidentliyi dövründə onun iştirakı Trans-Adriatik Boru Kəmərinin (TAP) uğurunu təmin edib:

“Onun iştirakı, siyasi vurğusu həmin layihəni reallığa çevirdi və biz buna görə ona çox minnətdarıq. TAP hazırda Avropa enerji təhlükəsizliyinə səmərəli töhfə verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz təbii qazını 12 ölkəyə ixrac edir və onlardan 10-u Avropa dövlətidir. Biz münasibətlərimizin coğrafiyasını daha da genişləndirməyi səbirsizliklə gözləyirik”.

Seçilən
20
8
bakivaxti.az

9Mənbələr