AZ

Biləsuvarda “Son zəng”dən DUYĞULU ANLAR – REPORTAJ

Bu gün ilin ən duyğulu, ən unudulmaz günlərindən biri baş tutdu. Məktəb həyatı ilə vidalaşan və xususi əhval-ruhiyyəl məzunların, kövrəlmiş valideynlərin və fərəh hissi yaşayan müəllimlərin bir araya gəldiyi “Son zəng” tədbiri bu cari tədris ilinin sonunda Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə də təntənəli şəkildə qeyd olundu. 1929-cu ildən fəaliyyət göstərən və hazırda 1448 şagirdin təhsil aldığı bu məktəb, rayonda həm qədim tarixi, həm də uğurlu məzunları ilə seçilən ənənəvi təhsil ocaqlarından biridir.
 

Qeyd edək ki, bu gün məktəb bütünlüklə məhz bu təhsil ocağından məzun olacaq 74 nəfər 11-ci sinif şagirdinin “Son zəng”əhval-ruhiyyəsinə bürünmüşdü.


Səhər saatlarından şarlar, lövhələr, bayraqlar və gül dəstələri ilə bəzədilmiş məktəbin həyəti məzunların yolunu gözləyirdi. 11 illik məktəb həyatını geridə qoyan gənclər bir tərəfdən sevinclə, digər tərəfdən isə kədərlə bu gündən danışırdılar. Elə müəllimlər də şagirdlərindən bu baxımından fərqlənmirdilər. Məzun buraxılışının rəsmi hissəsi də elə bu həyəcan və sevinc notları ilə davam etdi.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rəşad Xanlarov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında əzm və uğurlar arzuladı. Sonra şahirdlərin təqdimatında rəngarəng ədəbi-bədi proqram izlənildi.

74 məzundan biri olan Aliyə Şahbazlı Bizim.Media-nın yerli bürosuna açıqlamasında artıq bir həftədir bu günün həyəcanını yaşadığını dilə gətirib. Hələ də inanmaq istəmir ki, bir daha sentyabrda bu təhsil ocağına gəlməyəcək. Deyir ki, hələ sinif otaqlarına çəkilib kövrələn, ağlayan rəfiqələri var. Amma bunları təbii sayır. Qəbul imtahanını uğurla verən Aliyə universitet və ixtisas seçiminə hazırlışır: “SeçimimAviasiya Universitetidir”, deyə o, bildirib.

Növbəti müsahibimiz Məhəmməd Məmiyevdir. Bu gündən etibarən onu “Məmiyev, lövhəyə!” deyən olmasa da məzun məhz bu gün müəllimlərinə xüsusi təşəkkürünü bildirir:

“Bütün müəllimlərimi xatırlayacağam, unutmayacağam. Xanımgül müəlliməmə isə xüsusi təşəkkürümü bildirirəm”

Tədbirdə xüsusi ayrılmış yerdə əyləşmiş məzunlar da tədbir iştirakçılarına özlərinin hazırladıqları rəqsləri, bədii kompozisiyaları alqışlar altında təqdim edirlər.

Aşağı sinif şagirdlərinin məzunlara ərmağan etdiyi milli və xarici rəqslər isə tədbiri daha da rəngarəng etdi. Hər çıxış, hər rəqs duyğuları bir az da coşdururdu. Vaxt uzandıqca, günün qəhrəmanları olan məzunların həyəcanı daha da artırdı. Onların baxışlarında həm sevinci, həm də gələcək üçün narahat gözləntiləri oxunurdu. Nəhayət, “Son zəng” sədası səsləndi. Balaca ibtidai sinif şagirdi çiynində zəngi məktəb həyətinə gətirdi və onun titrək əllərindəki zəng məktəb həyatının rəsmi olaraq başa çatdığını elan etdi.

Bu anda məktəbin qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş məzunu Nicat Qarayev mikrofon arxasına keçərək bunları deyib:

“Bu “Son Zəng”, əslində bir son deyil – bu, bizim üçün yeni bir başlanğıcdır”.

Məzun günü şagird və məktəb kollektivinin birgə rəqsi və xatirə fotoları ilə davam edib...

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
61
1
bizim.media

10Mənbələr