ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vyetnam BRİKS-in tərəfdaş ölkəsi olub.
Sfera.az xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi rəsmi üzvlüyünü elan edir", - nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, bu il qrupa Braziliya başçılıq edir.
Nazirliyin məlumatına görə, Vyetnam assosiasiyanın 10-cu tərəfdaşı olub.
“Təxminən 100 milyonluq əhalisi və qlobal dəyər zəncirlərinə möhkəm inteqrasiya olunmuş sürətlə inkişaf edən iqtisadiyyatı ilə Vyetnam Asiyada mühüm oyunçudur”, - bəyanatda deyilir.
Xatırladaq ki, Braziliya yanvarın 1-dən BRİKS-ə sədrliyi Rusiyadan götürüb.
Qrupun oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçirilən sammitində tərəfdaş ölkələr kateqoriyasının yaradılması qərara alınıb. İlk tərəfdaşlar Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Malayziya, Tailand, Uqanda və Özbəkistan olub. İndoneziya da əvvəlcə BRİKS-in tərəfdaşı olaraq adlandırılmışdı, lakin yanvarın 6-da Braziliya hakimiyyəti ölkənin qrupun tamhüquqlu üzvü olduğunu elan etdi. Yanvarın 17-də Braziliya Xarici İşlər Nazirliyi Nigeriyanın BRİKS tərəfdaşı olduğunu açıqlayıb.
Braziliyanın BRİKS-ə sədrliyinin əsas hadisəsi iyulun 6-7-də Rio-de-Janeyroda keçiriləcək BRİKS sammiti olacaq.
Firuzə Əliyeva
Sfera.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.