AZ

Klublararası Dünya Çempionatını Azərbaycanda yayımlayacaq kanallar - Foto

İyunun 15-də start götürəcək Klublararası dünya çempionatını ölkəmizdə yayımlayacaq kanalların adı məlum olub.

Yenisabah.az xəbər verir ki, ABŞ-də keçiriləcək çempionat Azərbaycanda rəsmi olaraq 4 kanalda ortaq yayımla göstəriləcək.

Bu kanallar ATV, ARB, TVNET SPORT VƏ SPORT T-dir. Tamaşaçılar çempionatın bütün 63 oyununu SPORT TV və TVNET SPORT kanalları vasitəsi ilə, saat 23:00-da olan oyunlarını isə ATV və ARB kanallarında izləyə biləcəklər. İyunun 15-dən iyulun 13-dək ABŞ-nin 11 şəhərindəki 12 stadionunda təşkil olunacaq futbol üzrə Klublararası dünya çempionatının bütün görüşlərini öz şərhçilərimizin təqdimatında bir ay ərzində adıçəkilən kanallar vasitəsilə canlı izləmək imkanınız olacaq. Odur ki, yaxın bir ay ərzində ilk dəfə olaraq yeni formatda keçiriləcək bu möhtəşəm futbol həyəcanını qaçırmayın!

TVNET SPORT və SPORT TV kanallarını TVNET platformasında və seçilmiş tv operatorlarda izləyə bilərsiniz./Oxu.az


Telegram kanalımız
Seçilən
26
17
yenisabah.az

10Mənbələr