AZ

Mil Muğan regionunda 4594 şagird məzun olub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sabirabad, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İyunun 14-də Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində məzunlar üçün “Son zəng” çalınıb.

Mil-Muğan Regional Təhsil idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Son zəng” tədbirlərində elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Kənan Kərimli, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, regional idarənin struktur bölmə rəhbərləri, məzunlar, valideyn icmalarının nümayəndələri və müəllimlər iştirak ediblər. Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş olunub.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

“Son zəng” tədbiri hər bir ümumtəhsil məktəbinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub. Qeyd edək ki, 2024-2025-ci tədris ilində Mil-Muğan RTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin I siniflərini 5913, IX siniflərini 7107, XI siniflərini isə 4594 şagird başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr