AZ

50 milyon funta satışa çıxarılıb Alan yoxdur

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

"Mançester Citi" Cek Qrilişi 50 milyon funta satmaq istəyir, ancaq konkret təklif yoxdur.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Qardian" yazıb.

Bildirilib ki, "şəhərlilər" 29 yaşlı britaniyalının satışından təxminən 50 milyon funt-sterlinq əldə etmək istəyirlər. Hələlik yarımmüdafiəçiyə təklif gəlməyib.

Satışı çoxdan gündəmdə olan Qrilişin icarəyə verilməsi də nəzərdən keçirilir. Daha əvvəl futbolçu ilə "Napoli", "Everton" və "Bayer"in maraqlandığı bildirilirdi.

"Mançester Siti" Qrilişi iyunun 15-də ABŞ-də başlayacaq Klublararası dünya çempionatı üçün heyətə daxil etməyib.

Yarımmüdafiəçi ötən mövsüm 32 oyuna çıxıb, üç qol vurub və beş məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
axar.az

3Mənbələr