İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.

İndex.az bu barədə “Tasnim”ə istinadən məlumat verir.

Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb – Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.

Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da “9 İran aliminin məhv edildiyini” bəyan etmişdi.