AZ

Yeni formatlı KDÇ başlayır

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

2024-cü il dekabrın 5-də ABŞ-nin Mayami şəhərində Klublararası Dünya Çempionatının (KDÇ) püşkü atılmışdı."Football-plus.az" xəbər verir ki, indi mundialın başlamasına saatlar qalıb. Yenilənən və daha da böyüyən turnirin startı ərəfəsində maraq doğuran əsas məsələlərə nəzər salaq.Avropanı 12 klub təmsil edəcəkSayca 21-ci olacaq turnir bu ildən yeni format əsasında keçiriləcək. Mundial adət edildiyi kimi 7 deyil, ilk dəfə 32 komandanın iştirakıyla təşkil ediləcək. Yeni format əsasında keçiriləcək ilk turnirə ABŞ evsahibliyi edəcək. Dünya çempionatının matçları bu ölkənin Nyu Cersi, Şarlott, Sinsinnati, Los Anceles, Mayami, Neşvill, Orlando (2 stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta şəhərlərində keçiriləcək. Bakı vaxtı ilə iyunun 14-dən 15-nə keçən gecə start götürəcək klubların mundialına iyulun 13-də Nyu Yorkda keçiriləcək final matçı ilə yekun vurulacaq. Nəhəng turnirdə Avropanın 12 (bu hüququ Çempionlar Liqasının son 4 qalibi və UEFA-nın reytinq cədvəlində ən yüksək yeri tutan 8 klub qazanıb), Cənubi Amerikanın 6, Şimali Amerikanın 5 (bura təşkilatçı ölkənin bir komandası da daxildi), Asiya və Afrikanın 4, Okeaniya regionunun isə 1 klubu iştirak edəcək. 32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa ayrılıb. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Turnir pley-off mərhələsinin oyunları ilə davam edəcək.İnfantino suallar məngənəsində idiBilindiyi kimi, son bir ildə KDÇ-nin yeni formatının əleyhinə heç də az fikirlər səslənməyib. Səbəb FİFA-nın format dəyişikliyi ilə bağlı qərarı liqalar, klublar və futbolçularla razılaşdırmadan, birtərəfli qaydada verməsi, üstəlik turniri qışdan yaya çəkməsi ilə bağlı idi. Narazı tərəflərdən bəziləri mundialı boykot etməklə hədələyib və hətta ali futbol təşkilatını məhkəməyə verib. Turnirin anonsu verilmiş, püşk atılmış, təqvim müəyyənləşmiş, infrastruktur hazırlanmışdı. Amma ortaya “Avropanın bütün klubları 2025-ci ilin yayında Amerikaya yollanacaqlar” kimi ciddi sual çıxmışdı.Göründüyü kimi, bir neçə ay əvvəlki vəziyyət kifayət qədər maraqlı və qəribə idi. FİFA-nın prezidenti Canni İnfantinoya ünvanlanan sualların sayı-hesabı yox idi. Ona görə ki, Avropanın top-klubları ilə ən vacib məsələlər müzakirə edilməmişdi. Məsələn, Avropa Superliqasının həmmüəlliflərindən olan “Real”ın prezidenti Florentino Peres yenilənən KDÇ-nin baş tutmayacağına əmin idi...Əslində məlum olan məsələ aydındı. Turnir milli komandaların mundialının səviyyəsinə maksimum dərəcədə yaxınlaşdırmaq məqsədilə genişləndirilib. İnfantino yeni formatlı KDÇ-ni elit səviyyəli peşəkar futbolun zirvəsinə qaldırmaq niyyətindədi. Əlbəttə, oyunların sayı nə qədər çox olsa, FİFA-nın qazancı da bir o qədər artacaq. Bu da var ki, yeni, daha uzun müddəti əhatə edəcək turnir klub məşqçiləri üçün növbəti başağrısı sayılır. Doğrudu, yarım il əvvəl İnfantino üçün də problem vardı: klubların yeni mundialı üçün əsas sponsor tapılmamışdı. Yeri gəlmişkən, ali futbol qurumu yalnız dekabrda yarışın teleyayın hüququnu 1 milyard dollara DAZN şirkətinə satıb. Bu əməliyyat yeni layihənin maliyyə yönünü bir qədər müəyyənləşdirmişdi.Mükafat fondu nə qədər olacaq?Əsas odu ki, ali futbol qurumu bəzi narazı klubları sakitləşdirməyi bacardı. FİFA martda KDÇ-nin mükafat fondunu rəsmən açıqladı. Beləliklə, 32 iştirakçı klub üçün 1 milyard dollarlıq fond müəyyən edilib. FİFA-nın saytının məlumatında KDÇ-2025-in qalibinin 125 milyon dollar qazanacağı qeyd edilir. Turnirin maliyyə bölgüsünə əsasən, idman nailiyyətlərinə görə 475 milyon dollar, iştiraka görə isə 525 milyon dollar daxil olmaqla 1 milyard dollarlıq ümumi mükafat fondu nəzərdə tutulub. Ən çox mükafatı UEFA-ya üzv olanlar alacaqlar. Mükafatın məbləği reytinq cədvəlindəki mövqelərdən asılı olacaq. UEFA-nın üzvü olan ölkələrin klubları 12,81 milyon dollardan 38,19 milyon dollara qədər, Cənubi Amerika təmsilçiləri 15,21 milyon dollar, digər qitələrin klubları isə 9,55 milyon dollar qazana biləcəklər.KDÇ-də hansı yeniliklər olacaq?Qeyd ediləsi digər vacib məsələlər də var. FİFA klubların mundialında yeni qayda dəyişikliyi tətbiq edəcək. Bu haqda FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın qurumun saytına açıqlamasında bildirilib. Yeni qaydaya əsasən, hakimlər oyun zamanı bədən kamerasından (bodycam) istifadə edəcəklər. Məlumatda qeyd edilib ki, FİFA hakimləri KDÇ-yə hazırlamaq məqsədilə müxtəlif vaxtlarda Sürix, Dubay və Buenos Ayres şəhərlərində seminarlar təşkil edib.Dünya çempionatında ofsaydın müəyyən edilməsi üçün yarımavtomatik texnologiyadan istifadə ediəcəyi də planlaşdırır. Ali futbol qurumunun yaydığı məlumata görə, FİFA 2024-cü ilin dekabrında bu texnologiyanı Qitələrarası Kubokun oyunlarında və bir neçə gənclər turnirində uğurla sınaqdan keçirib. Sistem açıq-aşkar ofsayd vəziyyəti olduqda yan xətt hakiminin qulağına dərhal siqnal göndərir. FİFA-dan bildirilib ki, sistem oyunçuların və topun mövqelərini izləyəcək və real vaxt rejimində ofsayd barədə matçın rəsmi şəxslərinə avtomatik məlumat verəcək.Əlavə edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının bu il martın 1-də təsdiqlədiyi oyun qaydalarındakı dəyişikliklərdən sonra KDÇ-də qapıçıların vaxtı uzatmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış yeni qayda tətbiq olunacaq. Yeniliyə əsasən, mundialda qapıçı topu əlində maksimum 8 saniyə saxlaya biləcək. Bu müddət aşılarsa, rəqib komandaya künc zərbəsi vurmaq hüququ veriləcək. Xatırladaq ki, əvvəlki qaydaya əsasən, qapıçı topu 6 saniyə ərzində əlindən buraxmalı idi və qayda pozulsaydı, rəqib komandanın xeyrinə cərimə zərbəsi təyin oluna bilərdi. Lakin bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.A qrupuPalmeyras (Braziliya)Portu (Portuqaliya)Əl-Əhli (Misir)İnter Mayami (ABŞ)B qrupuPSJ (Fransa)Atletiko (İspaniya)Botafoqo (Rio de Janeyro, Braziliya)Sietl Saunders (ABŞ)C qrupuBavariya (Almaniya)Benfika (Portuqaliya)Boka Xuniors (Argentina)Oklend Siti (Yeni Zelandiya)D qrupuFlamenqo (Braziliya)Çelsi (İngiltərə)Los Anceles (ABŞ)Esperans (Tunis)E qrupuRiver Pleyt (Argentina)Monterrey (Meksika)İnter (İtaliya)Urava Red Daymonds (Yaponiya)F qrupuFluminense (Braziliya)Borussiya (Dortmund, Almaniya)Ulsan (Koreya)Mamelodi Sandaunz (Cənubi Afrika)G qrupuMançester Siti (İngiltərə)Yuventus (İtaliya)Vidad (Mərakeş)Əl-Əyn (BƏƏ)H qrupuReal (İspaniya)Zaltsburq (Avstriya)Əl-Hilal (Səudiyyə Ərəbistanı)Paçuka (Meksika)Qrup mərhələsinin təqvimi1-ci tur14 iyun 04.00 Əl-Əhli – İnter Mayami15 iyun 20.00 Bavariya – Oklend Siti15 iyun 23.00 PSJ – Atletiko15 iyun 02.00 Palmeyras – Portu16 iyun 06.00 Botafoqo RJ – Sietl Saunders16 iyun 23.00 Çelsi – Los Anceles16 iyun 02.00 Boka Xuniors – Benfika16 iyun 05.00 Flamenqo – Esperans17 iyun 20.00 Fluminense – Borussiya D17 iyun 23.00 River Pleyt – Urava Red Daymonds17 iyun 02.00 Ulsan - Mamelodi Sandaunz17 iyun 05.00 Monterrey - İnter18 iyun 20.00 Mançester Siti – Vidad18 iyun 23.00 Real - Əl-Hilal18 iyun 02.00 Paçuka – Zaltsburq18 iyun 05.00 Əl-Əyn – Yuventus2-ci tur19 iyun 20.00 Palmeyras - Əl-Əhli19 iyun 23.00 İnter Mayami – Portu19 iyun 02.00 Sietl Saunders – Atletiko19 iyun 05.00 PSJ – Botafoqo RJ20 iyun 20.00 Benfika – Oklend Siti20 iyun 22.00 Flamenqo - Çelsi20 iyun 02.00 Los Anceles – Esperans20 iyun 05.00 Bavariya - Boka Xuniors21 iyun 20.00 Mamelodi Sandaunz - Borussiya D21 iyun 23.00 İnter - Urava Red Daymonds21 iyun 02.00 Fluminense – Ulsan21 iyun 05.00 River Pleyt – Monterrey22 iyun 20.00 Yuventus – Vidad22 iyun 23.00 Real – Paçuka22 iyun 02.00 Zaltsburq - Əl-Hilal22 iyun 05.00 Mançester Siti - Əl-Əyn3-cü tur23 iyun 05.00 İnter Mayami - Palmeyras23 iyun 05.00 Portu - Əl-Əhli23 iyun 23.00 Sietl Saunders - PSJ23 iyun 23.00 Atletiko - Botafoqo RJ24 iyun 23.00 Benfika - Bavariya24 iyun 23.00 Oklend Siti - Boka Xuniors24 iyun 05.00 Los Anceles - Flamenqo 24 iyun 05.00 Esperans - Çelsi25 iyun 05.00 İnter - River Pleyt25 iyun 05.00 Urava Red Daymonds - Monterrey25 iyun 23.00 Mamelodi Sandaunz - Fluminense25 iyun 23.00 Borussiya D – Ulsan26 iyun 23.00 Yuventus - Mançester Siti26 iyun 23.00 Vidad – Əl-Əyn26 iyun 05.00 Zaltsburq - Real26 iyun 05.00 Əl-Hilal - PaçukaQeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr