AZ

Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb

Binəqədi rayonunda mağazadan 1000 manat oğurlanıb. Rayonun 28 May qəsəbəsi ərazisində yerləşən mağazanın icarədarı polisə müraciət edərək oradan 1000 manatın oğurlandığını bildirib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 52 yaşlı S.Əlipaşayeva, 61 Z.Bayramova və 44 yaşlı C.Yusifov saxlanılıblar.

Rayon ərazisindəki avtomobil təmiri sexindən 500 manat dəyərində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 45 yaşlı P.Allahverdiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
33
operativmedia.az

1Mənbələr