AZ

Ryabkov: İranla bağlı vəziyyət göstərir ki, İngiltərə, Almaniya və Fransanın vicdanı qalmayıb

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İran ətrafında baş verənlər Londonun, Berlinin və Parisin vicdanının qalmadığını nümayiş etdirir.

Turkustan.az xəbər verir ki, bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İsrailin İrana endirdiyi zərbələri şərh edərkən deyib.“Bu, dünyanın qavrayışında dəhşətli təhrifdir – görünür, siyasi-demokratik həll yolu tapmaqda səylərini ikiqat artırmalı olan Britaniya, Fransa və Almaniyanın artıq vicdanı qalmayıb. Onlar İrana olunan hücuma görə vicdan əzabı çəkməlidirlər"-deyə, nazir müavini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr