AZ

Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Azərbaycana səfər edən Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Əfqan Ala və rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, nümayəndə heyəti Ümummilli Liderin məzarı önünə əklik qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra qonaqlar görkəmli oftalmoloq alim Zəfirə xanım Əliyevanın da məzarını ziyarət edərək, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Qonaqlar, həmçinin, Şəhidlər xiyabanına gələrək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyublar.

Eyni zamanda, Türk şəhidliyi də ziyarət edilib və vaxtilə Azərbaycan uğrunda canlarını fəda edən Türk qardaşlarımızın xatirəsi anılıb.

Sonda qonaqlar Dağüstü Parkdan Bakının mənzərəsini seyr ediblər.

Onları Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov müşayiət edib.

Qeyd edək ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Əfqan Ala, partiya sədrinin müavini Zafer Sırakaya, İstanbuldan olan millət vəkili Şamil Ayrımın da daxil olduğu nümayəndə heyəti Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.

Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin Türkiyənin
Seçilən
35
apa.az

1Mənbələr