AZ

Starmer: ABŞ ın dəstəyi olmadan Britaniya Ukraynaya qoşun göndərməyəcək

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-dan belə bir kontingentə dəstək zəmanəti olmadan Böyük Britaniya münaqişə həll olunduqdan sonra Ukraynaya qoşun göndərməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində Böyük Britaniyanın baş naziri Key Starmer deyib.

“Mən həmişə demişəm ki, ABŞ bizi qorumalıdır”, - deyə o, Britaniya qoşunlarının “Amerikanın hava örtüyü olmadan” Ukraynada “istəklilər koalisiyasının” bir hissəsi kimi yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən qeyd edib. Eyni zamanda, Starmerin əlavə edib ki, "tariximizdə uzun illər etdikləri kimi, ABŞ və Böyük Britaniyanın birlikdə hərəkət edə bilməyəcəyinə inanmaq üçün heç bir əsas yoxdur".

“Mən apardığımız şəxsi danışıqların təfərrüatlarını açıqlamıram, lakin müdafiə, təhlükəsizlik və kəşfiyyat mübadiləsi sahəsində ABŞ və Böyük Britaniya qədər sıx əməkdaşlıq edən iki ölkə yoxdur. Münasibətlərimizin bu aspekti həmişə olduğu kimi bu gün də güclüdür”, - deyə Britaniya hökumətinin başçısı vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl bəyan etmişdi ki, NATO qoşunlarının istənilən bayraq altında və istənilən vəzifədə Ukrayna torpaqlarında olması Rusiya üçün təhlükədir. Onun sözlərinə görə, Rusiya heç bir halda bunu qəbul etməyəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr